Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri etdi

Prezident İlham Əliyevin sərəncamları ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, Vüsal Nəsirli bu vəzifəyə təyin olunub.

364

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri ilə bağlı iki sərəncam imzalayıb.

Sərəncama əsasən, Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Digər sərəncamla Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, hər iki sərəncam 6 fevral tarixində imzalanıb və dərhal qüvvəyə minib. Sözügedən kadr dəyişiklikləri ölkənin yol infrastrukturu sahəsində idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.