Prezident AMİU-nun 50 illiyi ilə bağlı universitet əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə bir qrup əməkdaşı “Şərəf”, “Əmək” ordenləri və “Tərəqqi” medalı ilə təltif edib, bir nəfərə fərdi təqaüd verib.

190

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) yaradılmasının 50 illiyi münasibətilə universitetin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycanda təhsilin inkişafında göstərdikləri xidmətlərə görə AMİU-nun əməkdaşları yüksək dövlət təltiflərinə layiq görülüblər.

Sərəncama əsasən, Məmmədova Gülçöhrə Hüseyn qızı “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Ağayev Asəf Mirzə oğlu, Babayev Nəbi Miri oğlu, Əliyev Fəqan Qənbər oğlu, Hacıyev Müxlis Əhməd oğlu, Haqverdiyeva Tahirə Axi qızı, Mehtiyev Əlixan Qafar oğlu, Məmmədov Nurməmməd Yaşar oğlu və Şirinzadə İradə Nüsrət qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.