Polşa parlamenti” ifadəsi: Xaos və qərarsızlıq

“Polşa parlamenti” ifadəsi nəyi ifadə edir? XVII–XVIII əsrlərdə Polşa parlamentində tətbiq olunan “liberum veto” sistemi necə xaosa və qərarların qəbul edilməməsinə səbəb olub?

77

“Polşa parlamenti”… Yox, indi sizə Polşa Respublikasının ali qanunverici orqanı barədə danışmayacağıq. Bu ifadənin tarixi və anlamı barədə maraqlı bir məlumatı diqqətinizə çatdıracağıq.

“Polşa parlamenti” (“Sejm walny”, “Polsk riksdag” və ya “Polnischer reichstag”) ifadəsi, əsasən, xaosu, qarışıqlığı, müzakirələr zamanı qərarların qəbulunun mümkün olmadığını təsvir etmək üçün istifadə olunur.

XVII-XVIII əsrlərdə Polşa parlamentində hər bir deputatın mütləq veto hüququ (“liberum veto”) vardı. Bu səbəbdən bütün qanunlar yekdilliklə qəbul olunmalı idi. Əvvəlcə bu prosedur texniki, nizam-intizam məsələləri üçün istifadə edilsə də, sonradan bu hüquqdan sui-istifadə edilməyə başlandı. Ona görə də, müzakirələr zamanı qarışıqlıq, ortaq məxrəcə gəlməmə halları çoxalırdı.