Pezeşkian Pakistana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian iyunun 23-də Pakistana səfər edəcək. Səfərdə ikitərəfli iqtisadi əlaqələr və Pakistanın ABŞ-İran məsələsində vasitəçilik səyləri müzakirə olunacaq.

9

İran Prezidenti Məsud Pezeşkianın iyunun 23-də Pakistana səfər edəcəyi təsdiqlənib.

MSNews.az xəbər verir ki, “Entekhab” İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin baş direktoru Həbib Abbasiyə istinadən səfərin sabah baş tutacağını yazıb. Abbasinin sözlərinə görə, səfərin böyük ehtimalla bir gün davam edəcəyi gözlənilir.

“Aftab News” məlumatına görə, səfərin əsas məqsədləri əvvəlki görüşlər zamanı əldə edilmiş razılaşmaların icrasını izləmək və İran-Pakistan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə etməkdir.

Həbib Abbasi bildirib ki, Pezeşkian səfər zamanı Pakistanın İranla ABŞ arasındakı məsələdə vasitəçilik səylərinə görə təşəkkürünü də ifadə edəcək. “Reuters” daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərifə istinadən ABŞ-İran danışıqlarında ciddi irəliləyiş əldə olunduğunu yazmışdı.

Səfər Tehran və İslamabad arasında siyasi dialoqun, regional təhlükəsizlik məsələləri üzrə koordinasiyanın və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti