Pentaqonun zəiflikləri Rusiya və Çin üçün fürsət yaradır

ABŞ-ın düşüncə mərkəzi hesab olunan CFR-in hesabatına görə, Pentaqonun sursat ehtiyatları azalır. Rusiya və Çin bunu strateji üstünlük kimi qiymətləndirir.

9

ABŞ-da fəaliyyət göstərən analitik mərkəzlərdən biri olan Xarici Əlaqələr Şurasının (CFR – Council on Foreign Relations) hesabatında Pentaqon ilə bağlı diqqətçəkən nəticələr açıqlanıb. Hesabata görə, ABŞ ordusunun bəzi struktur və texnoloji zəiflikləri Rusiya və Çin tərəfindən ciddi üstünlük kimi qiymətləndirilir.

CFR analitiki Makx Butun 23 mart tarixli hesabatında qeyd olunur ki, ABŞ-ın İranla müharibəyə hazırlıqsız daxil olması, xüsusilə, silah0sursat və dron təchizatındakı boşluqlar əsas rəqiblərin (Çin və Rusiya) ciddi şəkildə nəzərindədir və bu zəifliklərdən rəqibləri istifadə edir.

Məlumatda bildirilir ki, xüsusilə müasir müharibələrdə kritik rol oynayan logistika, kiber təhlükəsizlik və rabitə sistemlərindəki boşluqlar ABŞ-ın hərbi effektivliyini azalda bilər. Analitiklər bu zəifliklərin rəqib dövlətlər tərəfindən yaxından izlənildiyini vurğulayır.

Hesabatda qeyd olunur ki, Rusiya və Çin bu sahələrdə ABŞ-ın geridə qaldığı məqamları “fürsət pəncərəsi” kimi dəyərləndirir və öz hərbi strategiyalarını buna uyğun qurur.

Ekspertlərin fikrincə, müasir münaqişələrdə yalnız silah gücü deyil, informasiya üstünlüyü və texnoloji koordinasiya həlledici rol oynayır. Bu baxımdan ABŞ-ın mövcud zəiflikləri gələcək potensial qarşıdurmalarda risk yarada bilər.

Hesabatda həmçinin qeyd olunur ki, bu problemlərin aradan qaldırılması üçün Pentaqonun modernləşmə prosesini sürətləndirməsi və yeni texnologiyalara daha çox investisiya ayırması vacibdir.

Analitiklər xəbərdarlıq edir ki, əks halda qlobal güc balansında ABŞ-ın mövqeyi zəifləyə bilər və rəqib dövlətlər bundan maksimum istifadə etməyə çalışacaq.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026