ABŞ-ın Pentaqon və “RAND Corporation”-un son hesabatlarına görə, 2026-2027-ci illər arası “böyük güclər arasında hərbi qarşıdurma” riskinin pik həddə çatdığı kritik bir dövr ola bilər. Çin-Tayvan gərginliyi və Rusiya-NATO qarşıdurması bu riskin mərkəzində dayanır. Analizlər göstərir ki, mümkün bir nüvə müharibəsi dünyanı yalnız 89 saniyəyə məhv edə bilər.
“RAND Corporation”-un araşdırmalarına görə, Çinin Tayvana qarşı mümkün ani hərbi əməliyyatları ABŞ üçün strateji fəlakət riski yaradır. Simulyasiyalar ABŞ-ın ilk 72 saatda minlərlə itki verə biləcəyini və konvensional silah ehtiyatlarının 8-10 gün ərzində tükənəcəyini göstərir.
“Atlantic Council”-ın ankətinə əsasən, iştirakçıların 40%-i 2035-ci ilə qədər qlobal müharibə riskinin mövcud olduğunu bildirir. CSIS isə, Tayvan ssenarisində ABŞ və müttəfiqlərinin qazanacağı hər hansı qələbənin “Pirr qələbəsi” tipli olacağını, maliyyə və insan itkisi baxımından böyük zərər verəcəyini vurğulayır.
“US Naval Institute”-un hesabatına görə, Çin Tayvana qısa müddətli işğal planlasa belə, iqtisadi blokadalar ən real hərəkət strategiyası olaraq qalır. “National Security Journal” isə 2026-cı ildə dünya müharibəsini alovlandıracaq potensialı olan beş kritik bölgəni qeyd edir: Rusya-NATO (Şərqi Avropa), Tayvan Boğazı, İran-İsrail, Koreya yarımadası və Cənubi Çin Dənizi.
Vatikan tərəfindən İznikdən verilən “hazır olun” mesajı ilə bu hərbi və geosiyasi xəbərdarlıqlar üst-üstə düşür, yeni bir dövrün başlaya biləcəyinə işarə edir. “Bulletin of the Atomic Scientists”-in məlumatına görə, Qiyamət saatı 2025-ci ildə insanlığın yox olmasına 89 saniyə qalmış vəziyyətdədir.