Pentaqon İrana qarşı üçgünlük zərbə planı hazırlayıb

"The New York Times" yazır ki, Pentaqon İrana qarşı təxminən üçgünlük intensiv zərbə kampaniyası planı hazırlayıb. Donald Tramp isə indiyədək İran və husilərə qarşı beş irimiqyaslı əməliyyat təklifini rədd edib.

64

Pentaqon İrana qarşı mümkün yeni hərbi kampaniya üçün təxminən üç gün davam edə biləcək intensiv zərbə planı hazırlayıb. ABŞ rəsmilərinə istinadən yayılan məlumata görə, plan İranın raket və pilotsuz uçuş aparatları arsenalı, enerji infrastrukturu və SEPAH-a bağlı hərbi obyektlərin vurulmasını nəzərdə tutur.

MSNews.az xəbər verir ki, “The New York Times” yazır ki, ABŞ ordusu İranla genişmiqyaslı döyüşlərin yenidən başlanması ehtimalına hazırlaşır və Prezident Donald Trampın göstərişi ilə bir neçə hərbi variant işləyib hazırlayıb.

Mümkün hədəflər arasında İranın raket və PUA ehtiyatları, enerji obyektləri, digər hərbi infrastruktur və SEPAH-ın komanda mərkəzləri göstərilir. Məqalədə planın qısa, lakin çox intensiv zərbələr kampaniyası kimi nəzərdə tutulduğu qeyd olunur.

Vaşinqton eyni zamanda regiondakı hərbi mövcudluğunu artırır. Üç ABŞ aviadaşıyıcısının və əlavə desant qruplarının Yaxın Şərqə yerləşdirilməsi planlaşdırılır. Bu qüvvələrin cəmlənməsi Trampa diplomatiya nəticə vermədiyi halda daha geniş hərbi seçimlər təqdim etmək məqsədi daşıyır.

Bununla belə, ABŞ prezidenti indiyədək yeni irimiqyaslı hücuma razılıq verməyib. NYT-nin məlumatına görə, son aylarda Trampa İran və ya Yəməndəki husilərə qarşı beş böyük hərbi əməliyyat variantı təqdim olunub və o, onların hamısını rədd edib.

Tramp oktyabrın 8-də “Truth Social” hesabında bildirib ki, ABŞ 3 noyabrda keçiriləcək aralıq seçkilərədək İrana hücum etməyəcək. O, Tehranla “məhsuldar danışıqların” davam etdiyini deyib. “Reuters” də bu açıqlamanı təsdiqləyib.

ABŞ administrasiyası daxilində yanaşmaların fərqli olduğu bildirilir. Bəzi rəsmilər əlavə bombardmanların Tehranın mövqeyini dəyişəcəyinə şübhə ilə yanaşır və iqtisadi təzyiqə daha çox vaxt verilməsini müdafiə edirlər. Digərləri isə məhdud hərbi kampaniyanın İranın artıq təzyiq altında olan iqtisadiyyatına və hərbi potensialına əlavə zərbə vura biləcəyini düşünür.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.