Pentaqon “Anthropic”ə ultimatum verdi

Pentaqon süni intellekt şirkəti "Anthropic"ə ultimatum verib – "Claude" modelinin hərbi istifadədə məhdudiyyətləri ləğv etməsi tələb olunur, əks halda “təchizat riski” yaxud məcburi tədbirlər gündəmə gələ bilər.

28

Reuters” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentagqon) ilə süni intellekt şirkəti “Anthropic” arasında gərginlik kəskinləşib.

Pentaqon rəhbəri Peter Heqset bu həftə şirkətin baş direktoru Dario Amodei ilə görüşdə ultimatum verib: şirkət öz süni intellekt modeli “Claude”-un istifadə məhdudiyyətlərini ləğv etməlidir və ya ağır nəticələrlə üzləşə bilər.

Məsələ ondan ibarətdir ki, “Anthropic” öz texnologiyasının hərbi tətbiqlərdə, xüsusən də tam avtonom silahlara yönəldilməsi və ABŞ daxilində kütləvi nəzarət üçün istifadəsini qadağan edən təhlükəsizlik qaydalarını aradan qaldırmaq istəmir. Pentaqon isə bu məhdudiyyətləri götürməyi tələb edir və razılıq verilməzsə şirkəti “təchizat zənciri riski” kimi qeyd etməklə hökumətlə işləmək imkanlarını məhdudlaşdıra biləcəyini, həmçinin 1950-ci illərdən qalan “Defense Production Act” qanununu tətbiq edərək məcburi dəyişikliklər edə biləcəyini deyib.

Rəsmilər şirkətə bu barədə cümə günü saat 17:00-ə qədər cavab vermək üçün vaxt verdiklərini bildiriblər. “Anthropic” isə modelinin məsuliyyətli və etibarlı istifadəsinə sadiq qaldığını və milli təhlükəsizlik məsələlərində dialoqun davam etdiyini söyləyib.

Bu qarşıdurma ABŞ-nin süni intellekt texnologiyalarının hərbi istifadəsi ilə bağlı qlobal müzakirələrin fonunda baş verir. Pentaqon artıq digər süni intellekt şirkətləri, məsələn, “xAI” və “OpenAI” kimi şirkətlərin məhsullarını “klassifikasiyalı” şəbəkələrə açıq şəkildə daxil etməklə müqavilələr bağlayıb.