“Paxlava dilimli” yol nişanı Almaniyada tətbiq edilir

Fransadan sonra “paxlava dilimli” xüsusi yol nişanı Almaniyada da pilot qaydada tətbiq olunmağa başlayıb. Nişan xüsusi nəqliyyat zolaqlarını göstərir. 

17

Avropada son illər diqqət çəkən yeni yol nişanı artıq Almaniyada da sınaq mərhələsində tətbiq edilir. Mavi fon üzərində ağ “paxlava dilimi” və ya “ağ almaz” işarəsi olan bu nişan müəyyən nəqliyyat vasitələri üçün ayrılmış xüsusi hərəkət zolaqlarını göstərir. 

Bildirilir ki, bu zolaqlardan əsasən ən azı iki nəfərin olduğu avtomobillər, elektrik və sıfır emissiyalı nəqliyyat vasitələri, taksilər, sərnişinli motosikletlər, eləcə də, avtobus və digər ictimai nəqliyyat vasitələri istifadə edə bilir. Məqsəd tıxacları azaltmaq, avtomobil paylaşımını təşviq etmək və şəhərdaxili karbon emissiyasını aşağı salmaqdır. (Sözcü)

Sistem ilk olaraq Fransada hüquqi əsas qazanıb və 2023-cü ildən etibarən Lion, Qrenobl və Strasburq kimi şəhərlərdə aktiv tətbiq olunur. Fransada qaydanı pozan sürücülər 135 avro cərimə ilə üzləşir. Almaniyada isə tətbiq hələ pilot mərhələsində olduğundan, yanlış zolaq istifadəsinə görə hələlik cərimə tətbiq edilmir.

Yeni nişanın qüvvədə olduğu saatlar və şərtlər əlavə lövhələr və ya rəqəmsal ekranlarla göstərilə bilər. Sistem ölkə və şəhərdən asılı olaraq fərqli qaydalarla işləyir. Bu baxımdan Almaniyadakı sınaq prosesi gələcəkdə nişanın daha geniş tətbiq olunub-olunmayacağını müəyyənləşdirəcək.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.