Paşinyan Medvedevə cavab verdi: “Ermənistan heç nəyə çevrilməyəcək”

Nikol Paşinyan Dmitri Medvedevin Ermənistanın “yeni Ukraynaya” çevrilə biləcəyi barədə bəyanatına cavab verib. O bildirib ki, Ermənistan öz suverenliyini daha da gücləndirəcək.

72

Ermənistanın Baş naziri Nikol Paşinyan Dmitri Medvedevin ölkənin “yeni Ukraynaya çevrilməsi” ehtimalı barədə bəyanatına cavab verərək bildirib ki, Ermənistan başqa heç bir dövlətə çevrilməyəcək.

MSNews.az xəbər verir ki, Paşinyan oktyabrın 8-də jurnalistlərin suallarını cavablandırarkən Medvedevin bəyanatında “sancmalar və hədələr” gördüyünü bildirib. O, bu cür ritorikanın konstruktiv olmadığını vurğulayıb.

Paşinyan deyib ki, eyni məntiqlə kimsə “Ermənistanın yeni Rusiyaya çevrilməsini istəmədiyini” də söyləyə bilər və Rusiyanın müxtəlif bölgələrində baş verən partlayışlara istinad edib. O əlavə edib ki, bu cür müqayisələr münasibətlər üçün uyğun yanaşma deyil.

Baş nazirin sözlərinə görə:

“Ermənistan Ermənistandır və başqa heç nəyə çevrilməyəcək. Ermənistan getdikcə daha çox Ermənistan Respublikası, daha suveren dövlət olacaq.”

Paşinyan həmçinin KTMT-nin 2021–2022-ci illərdə Ermənistan qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini bir daha xatırladıb və Medvedevin indiki bəyanatlarının səbəbini anlamadığını deyib.

Medvedev isə daha əvvəl İran dövlət televiziyasına müsahibəsində Ermənistan rəhbərliyinin seçdiyi xarici siyasət kursunun “yaxşı nəticə verməyəcəyini” bildirib və “Ermənistan üçün ən pis ssenarinin yeni Ukraynaya çevrilmək olduğunu” deyib. O, Qərbi Rusiya-Ermənistan münasibətlərini zəiflətməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, sərt ritorikaya baxmayaraq, Paşinyan oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, onu ad günü münasibətilə təbrik edib və tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini müzakirə ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.