Pakistan ABŞ-İran danışıqları üçün İslamabadı bağlayır

Pakistan ABŞ və İran arasında gözlənilən danışıqlar öncəsi İslamabad və Ravalpindidə 9-10 aprel tarixlərini qeyri-iş günü elan edib, paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib. 

9

Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqlar ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib. Yerli hakimiyyət orqanlarının qərarına əsasən, İslamabad və Ravalpindidə 9 və 10 aprel tarixləri yerli qeyri-iş günü elan olunub. Qərar sülh danışıqları zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə verilib və yalnız həyati əhəmiyyət daşıyan xidmətlər fəaliyyətini davam etdirəcək.

Məlumatı “Dawn” nəşrinə istinadən MSNews.az verir.

Pakistanın “əkiz şəhərləri” sayılan İslamabad və Ravalpindidə təhlükəsizlik rejimi artıq sərtləşdirilib. “Dawn” və digər yerli mənbələrin məlumatına görə, nümayəndə heyətlərinin qalacağı hotel zonasında gücləndirilmiş mühafizə tədbirləri görülüb, bəzi giriş-çıxış nöqtələrinin bağlanması və paytaxtın müəyyən hissələrində hərəkətin məhdudlaşdırılması planlaşdırılır.

Danışıqların vaxtı ilə bağlı əsas siqnallar da artıq verilib. “Reuters”-in məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif İran prezidenti Məsud Pezeşkianın ABŞ-la İslamabadda keçiriləcək danışıqlarda iştirakını təsdiqlədiyini açıqlayıb. Daha sonra İranın Pakistandakı səfiri Rza Əmiri Moqaddam bildirib ki, İran nümayəndə heyəti cümə axşamı axşam saatlarında İslamabada çatacaq. Donald Tramp da “ABC”-yə müsahibəsində danışıqların cümə günü başlanacağını gözlədiyini deyib.