Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

2025-ci ildə Özbəkistandan Azərbaycana pul köçürmələri 15,129 milyon dollara çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 38,1 faiz artıb.

16

2025-ci ildə Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 15,129 milyon ABŞ dolları təşkil edib.

Bu barədə MSNews.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumat yayıb. Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 38,1 faiz çoxdur.

Məlumata əsasən, hesabat dövründə xarici ölkələrdən Azərbaycana daxil olan ümumi pul köçürmələrində Özbəkistanın payı 1,3 faiz olub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,026 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 589 min ABŞ dolları və ya 12,8 faiz azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə göndərilən ümumi pul köçürmələrində Özbəkistanın payı 0,8 faiz səviyyəsində olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,615 milyon ABŞ dolları, Özbəkistandan Azərbaycana isə 10,956 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 505,139 milyon ABŞ dolları olub. Bu göstərici 2024-cü illə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1 faiz azdır.

Eyni zamanda, 2025-ci ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 1,177 milyard ABŞ dollarına çatıb. Bu isə illik müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7 faiz artım deməkdir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026