Orban deputat mandatından imtina etdi

Macarıstanın vəzifədən gedən baş naziri Viktor Orban parlament mandatından imtina edib, lakin “Fidesz” partiyasının lideri kimi qalacağını açıqlayıb.

9

Macarıstanın vəzifədən gedən baş naziri Viktor Orban parlament deputatı mandatından imtina etdiyini açıqlayıb. O, bununla belə, müxalifətə keçən “Fidesz” partiyasının lideri kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

MSNews.az “Daily News Hungary” nəşrinə istinadən xəəbər verir.

Orban video-müraciətində bildirib ki, “Fidesz–KDNP” siyahısının lideri kimi qazandığı mandat əslində partiyanın parlament mandatıdır və bu səbəbdən onu geri qaytarmaq qərarına gəlib. “Hazırda mənə parlamentdə yox, milli düşərgənin yenidən qurulması işində ehtiyac var”, — deyə o qeyd edib.

Macarıstan siyasətçisi vurğulayıb ki, təxminən dörd onillik ərzində rəhbərlik etdiyi siyasi düşərgə müxtəlif seçki qələbələri və məğlubiyyətlər yaşasa da, “Fidesz–KDNP” ölkənin ən vahid və sıx birləşmiş siyasi icmalarından biri olaraq qalıb.

Qeyd edək ki, aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi sağ-mərkəzçi “Tisza” partiyası böyük üstünlüklə qalib gəlib. Yekun nəticələrdən sonra “Tisza” parlamentdə 199 yerdən 141-ni qazanıb, “Fidesz” isə 52 mandatla kifayətlənib. Bu nəticə Viktor Orbanın 16 illik hakimiyyətinin başa çatması kimi qiymətləndirilir.

Peter Madyarın mayın 9-u və ya 10-da baş nazir kimi and içəcəyi, yeni hökumətin isə mayın 11-i həftəsində fəaliyyətə başlayacağı gözlənilir. O, seçkidən sonra korrupsiyaya qarşı mübarizə, Avropa İttifaqı ilə münasibətlərin bərpası və iqtisadiyyatın canlandırılması istiqamətində addımlar atacağını bəyan edib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026