Oman millisi “FIFA Series-2026” turnirində iştirak etməyəcək

Yaxın Şərqdəki gərginlik səbəbindən Oman millisi Azərbaycanda keçiriləcək FIFA Series-2026 turnirindən imtina edib.

17

Oman milli komandası Azərbaycanda keçiriləcək FIFA Series-2026 turnirində iştirakdan imtina edib.

MSNews.az-ın verdiyi məlumata görə, bu barədə FIFA rəsmi açıqlama verib. Bildirilib ki, qərarın səbəbi Yaxın Şərqdə yaranmış gərgin vəziyyətdir.

Xatırladaq ki, turnirin Azərbaycanda keçirilməsi planlaşdırılırdı və əvvəlcədən təsdiqlənmiş proqramda Omanla yanaşı Sierra Leone və Sent-Lüsiya milli komandalarının da iştirakı nəzərdə tutulurdu.

Plan üzrə martın 27-də Oman yarımfinalda Sierra Leone ilə, Azərbaycan isə Sent-Lüsiya ilə qarşılaşmalı idi.

Lakin Oman millisinin turnirdən çəkilməsindən sonra yarışın formatı ilə bağlı qeyri-müəyyənlik yaranıb. FIFA-nın yaxın günlərdə yeni qərar verəcəyi gözlənilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026