Nyu York şəhərinin ilk sosialist və müsəlman mer’i Zohran Mamdaninin rəsmi andiçmə mərasimində bir detal daha çox diqqət çəkib: mərasimdə iştirak edən merin həyat yoldaşı, sənətçi Rama Duvajinin geyindiyi lüks çəkmə dünyada geniş müzakirə mövzusuna çevrilib.
Mərasim zamanı Duvajinin geydiyi çəkmə İspaniya-Portuqaliya mənşəli “Miista” brendinə məxsus “Shelley Boots” modelidir və qiyməti təxminən 530 avrodur. Bu detal xüsusilə ABŞ və Avropa mediası tərəfindən gündəmə gətirilib.
Sosial mediada bəzi istifadəçilər, merin iqtisadi bərabərlik, kirayə artımlarının dondurulması və sosial ədalət siyasətlərinə vurğu edən siyasəti ilə bu cür lüks seçim arasında uyğunsuzluq olduğunu iddia ediblər.
Mübahisələrdə Duvajinin geyimi vasitəsilə sosialist mesajla lüks moda arasındakı ziddiyyətlər, eləcə də, siyasətçi həyat yoldaşının ictimai rolu və şəxsi tərcihlər məsələləri ön plana çıxıb. Bununla belə, dəstək verənlər şəxsi geyim seçimlərinin siyasi duruşla qarışdırılmamasını müdafiə ediblər.
Tədbirdən sonra Rama Duvaji və “Miista” şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər; hələlik bilinmir ki, çəkmə satın alınıb, yoxsa hədiyyədir.