Norveç parlamenti monarxiyanın qalmasına böyük fərqlə səs verdi

Norveç parlamenti 141‑26 səslə monarxiyanın qorunmasına qərar verib. Respublika üsul idarəçiliyinə keçid təklifi rədd edilib. Qərar kral ailəsinə dair qalmaqallar fonunda alınıb.

12

Norveç parlamenti — Stortinq — bu gün keçirilən səsvermədə ölkədə monarxiya idarəetmə formasının saxlanılması qərarını böyük əksəriyyətlə təsdiqləyib. 169 deputatdan 141‑i monarxiyanın davam etməsinə, yalnız 26‑sı isə respublikaya keçidə səs verib. Bu qərarla ölkədə kral V Harald və krallıq strukturu gələcəkdə də qorunacaq.

Monarxiya tərəfdarları bu qərarın ölkədə siyasi sabitlik və tarixən formalaşmış ənənələrin qorunması baxımından vacib olduğunu vurğulayıblar. Qəbul edilmiş qərarda monarxiyanın 1905‑ci ildə müstəqillikdən sonra Norveçə yaxşı xidmət etdiyi qeyd olunub.

Əks tərəf isə miras yolu ilə keçən vəzifələrin demokratik cəmiyyətdə yerinin olmadığını, dövlət başçısının xalq tərəfindən seçilməsinin daha uyğun olduğunu bildirib. Təklif etmiş yeddi deputat bu dəyişikliklə prezidentlik sisteminin tətbiqini hədəfləyirdi.

Səsvermə krallıq ailəsinin üzvlərini əhatə edən son qalmaqallar, o cümlədən vəliəhd Mette‑Marit və onunla bağlı açıqlanan sənədlər fonunda keçirilib; son sorğular monarxiyaya dəstəyin əvvəlki illərə nisbətən azaldığını göstərir.