Nipah virusu dünyanı narahat edir – ölüm nisbəti 40-75% arasındadır

Hindistanın Qərbi Benqal bölgəsində Nipah virusu ilə əlaqəli yeni yoluxma halları təsdiqlənib; virus yoluxanların 40-75 %-ni öldürür və təsdiqlənmiş aşısı və müalicəsi yoxdur.

50

Dünya sağlamlıq orqanlarının diqqətini çəkən və yayıldığı bölgələrdə ciddi narahatlıq doğuran Nipah virusu yenidən gündəmə gəlib.

Hindistanın Qərbi Benqal bölgəsində (Kəlküttə yaxınları) təsdiqlənmiş yeni yoluxma hallarının artması beynəlxalq səhiyyə qurumlarını həyəcanlandırıb. Nipah virusunun xüsusiyyətlərindən biri onun yüksək ölüm nisbətidir: yoluxanların təxminən 40-75 %-i həyatını itirir, bu da onu COVID-19 ilə müqayisədə çox daha ölümcül bir təhlükə halına gətirir.

Virus həm şiddətli tənəffüs çatışmazlığına, həm də ölümcül beyin iltihabına (ensefalit) səbəb ola bilər, bəzi hallarda xəstələr komaya düşür. Cari vəziyyətdə rəsmi təsdiq olunmuş müalicə və ya vaksin mövcud deyil, bu da epidemiyanın idarə olunmasını çətinləşdirir.

Ümumdünyaünya Səhiyyə Təşkilatı (ÜST) Nipahı prioritet xəstəliklər siyahısında saxlayır və bəzi tədqiqat mərkəzləri, o cümlədən Oksford Universiteti, potensial vaksin üzərində erkən tədqiqatlar aparır, lakin hələ yalnız ilkin mərhələdədir. Virusun heyvanlardan insanlara keçə bilməsi (“zoonotik” yoluxma) və insandan insana yayılma ehtimalı epidemiya riskini daha da artırır.