Nigeriyada terror hücumu – 30 nəfər öldürüldü

Nigeriyanın Kebbi ştatında Lakurawa terror qruplaşmasının 7 kəndə hücumu nəticəsində azı 30 nəfər həlak olub, çox sayda yaralı var. Hücumdan sonra sakinlər evlərini tərk ediblər.

29

Nigeriyanın Kebbi ştatında bir neçə kəndə təşkil olunan terror hücumu nəticəsində azı 30 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Hadisə ştatın Areva bölgəsinə bağlı 7 kənddə baş verib.

Kebbi Ştat Polis İdarəsinin sözçüsü Bəşir Usman açıqlamasında bildirib ki, hücum “Lakurava” terror qruplaşmasının üzvləri tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, silahlı şəxslər kəndlərə basqın edərək dinc sakinlərə atəş açıb. Hücum nəticəsində 30 nəfər ölüb, xeyli sayda yaralı var.

Hadisədən sonra bölgədə ciddi təşviş yaranıb. Yerli sakinlər təhlükəsizlik səbəbilə evlərini tərk edərək daha təhlükəsiz ərazilərə üz tutublar.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin və terror təşkilatlarının hücumları ilə üz-üzədir. Xüsusilə,Boko Haram” ISWAP kimi qruplaşmaların fəaliyyəti təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. “Lakurava” isə Nigeriya hökuməti tərəfindən 2025-ci ilin yanvar ayında rəsmi şəkildə terror təşkilatı kimi tanınıb.