Niderlandın ilk homoseksual baş naziri adım-adım yaxınlaşır

38 yaşlı D66 lideri Rob Jetten, Niderland tarixində ilk açıq homoseksual baş nazir olacaq. Mənzil böhranı və miqrasiya islahatları ilə geniş koalisiya qurmağı planlaşdırır.

87

Niderland siyasətində tarixi bir dönüş baş verir: ölkənin ilk homoseksual baş naziri olacaq şəxs kimi D66 partiyasının lideri Rob Jetten önə çıxır.  

38 yaşlı Rob Jetten, mənzil böhranına həll tapmaq və miqrasiya siyasətində islahatlar həyata keçirmək vədini verərək, “sabit və iddialı” bir kabinet qurmağı hədəfləyir. 

Seçkilərdə dramatik nəticələr 

Niderlandda seçkilər sağçı lider Geert Wilders üçün böyük bir məğlubiyyətlə nəticələndi. Ölkədə ifrat sağın ən güclü təmsilçisi olan Wilders çoxlu səs itirdi, nəticədə mərkəz-solun yenidən hakimiyyətə gəlməsi mümkün oldu. 

Seçkilərin sağçılar üçün ən böyük sürprizi isə D66 partiyasının lideri Rob Arnoldus Jettenin baş nazirliyə hazırlaşması oldu. 

Jetten: İlk homoseksual baş nazir 

Homoseksual kimliyini açıq şəkildə bəyan edən 38 yaşlı Jetten, beləliklə Niderland tarixində bu statusu qazanacaq ilk baş nazir olacaq. Bu vəziyyət sağçıların narahatlığına səbəb olub. 

Sabit və geniş koalisiya hədəfi 

Seçkilərdən sonra baş nazirliyə hazır olduğunu bildirən Jetten, “Məncə, ən böyük partiya təşəbbüs irəli sürməlidir” deyib. D66 partiyası 26 yer qazanıb, Jetten partiyasını “Niderland tarixi ilə müqayisədə kiçik, amma böyük bir partiya” adlandırıb. 

Buna görə də bir neçə partiya ilə əməkdaşlıq etmək zərurəti yaranıb. Jetten, “geniş siyasi mərkəzdən ibarət sabit və iddialı bir kabinet” qurmaq istəyini də açıqlayıb. 

Şəxsi həyatı da diqqət mərkəzində 

Jettenin şəxsi həyatı da maraq doğurur. O, Argentina milli komandasında salon hokkeyi oynayan Nikolas Santiaqo Keenan ilə nişanlıdır. 28 yaşlı Keenan 2022-ci ildən Jetten ilə birlikdədir və cütlük 2024-cü ildə nişanlanıb; ilin sonunda isə evlənəcəkləri gözlənilir. 

Jettenin siyasi planları 

Sol-mərkəzçi siyasətçi, ölkənin ciddi problemlərindən biri olan mənzil böhranını həll etmək üçün on yeni şəhər qurmağı planlaşdırır. 

Miqrasiya məsələsində isə Jetten, inteqrasiya proqramlarına daha çox vəsait ayırmağı və AB xaricindən gələn qaçqınlara icazə verərək qanunsuz miqrasiyaya qarşı mübarizə aparmağı hədəfləyir. 

Son həftələrdə əsas partiyaların PVV ilə koalisiyaya girməyi rədd etməsi, Wildersin hökumət qurmasının qarşısını alaraq erkən seçkilərə səbəb oldu. 

Rob Jettenin baş nazirliyə yüksəlməsi, həm Niderland siyasətində, həm də Avropada tarixi bir dəyişiklik olaraq qiymətləndirilir.