“Mustafa Kamalın əsgərləriyik” deyən zabitin intizam cəzası məhkəmə tərəfindən ləğv edildi

Quru Qoşunları Hərbi Məktəbin məzuniyyət mərasimində “Mustafa Kamalın əsgərləriyik” deyərək andını oxuyan leytenant Fatih Kayaya verilən intizam cəzası Ankara 21-ci İnzibati Məhkəmə tərəfindən ləğv edildi.

154
  1. Türkiyədə “Mustafa Kamalın əsgərləriyik” deyərək Quru Qoşunları Hərbi Məktəbin 30 avqust 2024-cü il tarixli rəsmi məzun mərasimində qılınc çəkən və rəsmi zabit andını oxuyan leytenant Fatih Kayaya verilmiş intizam cəzası Ankara 21-ci İnzibati Məhkəmə tərəfindən ləğv edilib.

Digər leytenant Deniz Demirtaş barəsində verilmiş xaric edilmə qərarı da əvvəlki qərarla birlikdə məhkəmə tərəfindən dayandırılmışdı və Fatih Kaya üçün də analoji qərar qəbul edilib.

Milli Müdafiə Nazirliyi tərəfindən aparılmış intizam təhqiqatı çərçivəsində Yüksək İntizam Şurası həmin mərasimdə hərəkətlərinin Türkiyə Silahlı Qüvvələrinin (TSK) intizam və nüfuzuna zidd olduğunu əsas gətirərək bir qrup leytenant üçün xaric edilmə və intizam cəzası tətbiq etmişdi. Məhkəmənin yeni qərarında bu intizam tədbirinin hüquqi əsaslarının yetərli olmadığı ifadə edilərək, cəzaların ləğvi qərara bağlanıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.