Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Muhammed bin Zayed Əl Nəhyanın səhhəti ilə bağlı mediada ciddi iddialar yayılıb. KİV-də yayılan məlumatlara görə, dövlət başçısının beynində qan laxtalanması nəticəsində insult keçirdiyi, hətta həyatını itirdiyi iddia olunur.
Bununla yanaşı, bu həftə ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla planlaşdırılan rəsmi görüşün də ləğv edildiyi bildirilir. Məlumata görə, görüşün təxirə salınması prezidentin səhhəti ilə əlaqələndirilir.
Qeyd edək ki, hazırda BƏƏ-nin rəsmi qurumları və ya Prezident Administrasiyası tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Bu səbəbdən yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb və iddia xarakteri daşıyır.
Rəsmi mövqe açıqlanana qədər məlumatların ehtiyatla qiymətləndirilməsi tövsiyə olunur.