Müctəba Xameneinin 17 yaşındakı müharibə görüntüləri gündəm oldu

İranın yeni ali dini lideri Müctəba Xameneinin 17 yaşında İran-İraq müharibəsi zamanı cəbhədə çəkilən arxiv görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.

33

İranın yeni ali dini lideri seçilən Müctəba Xameneinin gənclik illərinə aid arxiv görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub. Görüntülər onun 17 yaşında İran-İraq müharibəsi dövründə cəbhəyə könüllü getdiyi anları əks etdirir.

MSNews.az Türkiyənin “Sözcü” nəşrinə istinadən bu görüntüləri təqdim edir.

 

İddialara görə, həmin kadrlar atasının – o dövrdə İranın yüksək vəzifəli siyasi fiqurlarından biri olan Əli Xameneinin prezidentlik dövrünə təsadüf edir. Videoda gənc Müctəbanın müharibə bölgəsində olduğu və hərbi proseslərdə iştirak etdiyi görünür.

Arxiv görüntüləri yayıldıqdan sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. Bəzi istifadəçilər bu görüntülərin yeni liderin gənc yaşlardan siyasi və hərbi strukturlarla əlaqədə olduğunu göstərdiyini bildirir.

Digər tərəfdən, bəzi şərhçilər onun İran İnqilab Keşikçiləri sisteminə yaxın mühitdə formalaşdığını və siyasi təsirinin də məhz bu strukturlar vasitəsilə gücləndiyini qeyd edirlər.

Müctəba Xameneyi kimdir?

1969-cu ildə İranın Məşhəd şəhərində anadan olan Müctəba Xamenei ölkənin ikinci ali dini lideri Əli Xameneinin oğludur. O, uzun illər İranın siyasi və təhlükəsizlik strukturlarında pərdəarxası təsirə malik fiqur kimi tanınıb.

İranın Ekspertlər Şurası ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olan Əli Xameneinin yerinə Müctəba Xameneini ölkənin üçüncü ali dini lideri kimi seçdiyini elan edib.

Analitiklərin fikrincə, yeni liderin gənclik illərinə aid bu görüntülərin yayılması onun müharibə və təhlükəsizlik strukturları ilə bağlı keçmişini yenidən gündəmə gətirib.