Moldovada inanılmaz avtoqol viral oldu

“Real Sireț” – “Oğuz” matçında qeyri-adi avtoqol qeydə alınıb. Top yerdə kömək istəyən futbolçuya dəyərək qapıya daxil olub.

57

Moldova futbolunda qeyri-adi avtoqol epizodu sosial şəbəkələrdə geniş müzakirə olunur. Hadisə “Real Sireț” – “Oğuz” matçında baş verib. Görüntülərə əsasən, “Real Sireț”in futbolçusu cərimə meydançasının küncündə yerdə qalıb və kömək istəyib. Bu zaman top inanılmaz trayektoriya ilə onun bədəninə dəyərək qapıya istiqamətlənib.

Moldova futbolu ilə bağlı paylaşım edən “Moldfootball” səhifəsi epizodu “Moldova futbolu tarixinin ən kuryoz avtoqolu” kimi təqdim edib. Paylaşımda hadisənin “Real Sireț” – “Oğuz” matçında qeydə alındığı bildirilir.

Matçın rəsmi protokoluna görə, qarşılaşma “Real Sireț”in 5:2 hesablı qələbəsi ilə başa çatıb. Avtoqol 75-ci dəqiqədə qeydə alınıb və qol “Real Sireț” futbolçusu V. Rebejanın adına yazılıb. Həmin qol hesabı 4:2 edib.

Qəribə epizoda baxmayaraq, “Real Sireț” üstünlüyünü qoruyub və oyunun sonlarında daha bir qol vuraraq yekun hesabı 5:2 edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.