İranın birinci vitse-prezidenti Mohammed Reza Arif ABŞ-İran arasında elan olunan iki həftəlik atəşkəs fonunda ölkəsinin “yeni güc mərkəzi” kimi ortaya çıxdığını iddia edib. Arif “X” sosial şəbəkəsində paylaşım edərək “Qələbə sabahınız xeyir! Bu gün tarixin yeni səhifəsi açıldı, dünya yeni güc mərkəzini salamladı və İran dövrü başladı” sözlərini yazıb. Bu paylaşım İran mediasında da sitat gətirilib.
MSNews.az xəbəri “Asriran” portalına istinadən verir.
Arif paylaşımında Novruz duasından da istifadə edərək “Ey qəlbləri və nəzərləri çevirən, ey gecəni və gündüzü idarə edən, ey zamanı və halları dəyişən, bizim halımızı ən yaxşıya doğru dəyiş” ifadələrini əlavə edib. İran mediası onun bu sözlərini ABŞ və İsraillə qarşıdurmadan sonra formalaşan yeni mərhələyə siyasi mesaj kimi təqdim edir.
Bu açıqlama ABŞ, İran və İsrail arasında Pakistanın vasitəçiliyi ilə əldə olunmuş kövrək iki həftəlik atəşkəsdən sonra səslənib.