Möctəba Xamenei müalicə üçün Moskvaya aparılıb

Mənbələr iddia edir ki, Möctəba Xamenei İsrail zərbələri zamanı yaralanıb və müalicə üçün gizli əməliyyatla Moskvaya aparılıb. Onun müraciətinin isə Əli Laricani tərəfindən yazıldığı iddia olunur.

23

İranın ali lideri ailəsinə yaxın mənbə Küveytin “Al-Jarida” nəşrinə bildirib ki, İranın mərhum ali liderinin oğlu və siyasi dairələrdə mühüm fiqur hesab edilən Möctəba Xamenei müalicə məqsədilə Rusiyanın paytaxtı Moskvaya aparılıb. Mənbənin sözlərinə görə, onun evakuasiyası üçün xüsusi və gizli əməliyyat həyata keçirilib.

İddialara görə, Möctəba Xamenei fevralın 28-də İsrailin həyata keçirdiyi zərbələr zamanı ağır yaralanıb. Bildirilir ki, bu hadisədən sonra Rusiya prezidenti Vladimir Putin yardım təklif edib və İran rəhbərliyi bu təklifi qəbul edib. Məlumata əsasən, hərbi təyyarə ilə Moskvaya aparılan Xamenei paytaxtda əməliyyat olunub və hazırda şəhərdə yerləşən özəl klinikalardan birində müalicəsini davam etdirir.

Eyni zamanda, İran daxilində islahatçı dairələrə yaxın mənbələr başqa bir iddia da irəli sürür. Onların sözlərinə görə, İran mediasında yayımlanan və Möctəba Xameneinin ölkə ictimaiyyətinə ünvanlandığı bildirilən qısa müraciət əslində İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən hazırlanıb.

Həmin mənbələr iddia edir ki, müraciətin mətnini Laricani yazıb və onun mediada yayımlanması təşkil olunub. Bu versiyaya görə, Xameneinin özünün belə bir müraciətin yayımlandığından xəbərsiz olması ehtimalı da istisna edilmir.

Rəsmi Tehran bu iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib. Möctəba Xameneinin səhhəti və harada olması ilə bağlı məlumatlar isə rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026