İranın ali lideri Möctəba Xamenei kritik vəziyyətdə xəstəxanada müalicə olunur.
Onun müalicəsinə ölkənin ən tanınmış travmatoloq-cərrahlarından olan Məhəmməd Rza Zəfərxəndi rəhbərlik edir. Zəfərxəndiyə Şəhid Beheşti Tibb Universitetinin baş cərrahı doktor Məhəmməd Maraşi də kömək edir. Maraşi keçmiş prezident Əkbər Haşimi Rəfsəncaninin həyat yoldaşının qardaşıdır və rejimə yaxın, etibarlı fiqurlardan biri hesab olunur.
Xəstəxanada sərt təhlükəsizlik tədbirləri tətbiq edilib, reanimasiya şöbəsinə giriş yalnız məhdud sayda səlahiyyətli şəxslərə icazə verilir. Mənbələr bildirir ki, Möctəba Xamenei hazırda davam edən müharibə və şəxsi ailə vəziyyəti barədə məlumatdan məhrum ola bilər. Xüsusilə, onun həyat yoldaşı və oğlunun ölümündən, eləcə də, özünün İranın ali lideri seçilməsindən xəbərsiz olduğu ehtimal edilir.
Həkim heyətinin verdiyi məlumata görə, Möctəba Xameneinin vəziyyəti “son dərəcə ağır”dır. Prezident Pezeşkian iki gün əvvəl doktor Zəfərxəndinin müşayiəti ilə Tehrandakı “Sina” xəstəxanasını ziyarət edərək Möctəba Xamenei ilə gizli görüş keçirib və vəziyyəti barədə birbaşa məlumat alıb.
Bəzi təsdiqlənməmiş məlumatlara əsasən onun ayaqları amputasiya edilib.