Misir Avstraliyanı penaltilərlə keçdi

DÇ-2026-nın 1/16 finalında Avstraliya və Misir arasında oyun 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 4:2 qalib gələn Misir növbəti mərhələyə yüksəlib.

13

Misir millisi DÇ-2026-nın 1/16 final mərhələsində Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.

MSNews.az xəbər verir ki, Dallasda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında Misir 4:2 hesabı ilə qalib gəlib və tarixində ilk dəfə dünya çempionatında nokaut mərhələsində qələbə qazanıb.

Misir yığması 13-cü dəqiqədə Emam Aşurun baş zərbəsi ilə hesabı açıb. Avstraliya ikinci hissədə Məhəmməd Haninin avtoqolundan sonra bərabərliyi təmin edib. Əlavə vaxtda hesab dəyişməyib və qalib penaltilər seriyasında müəyyənləşib. Avstraliya millisində Harri Suttar və Lukas Herrinqton penaltini dəqiq yerinə yetirə bilməyiblər.

Misir millisində bütün penaltilər dəqiq icra olunub. Həlledici zərbəni Hossam Abdelmacid qola çevirib. Komandanın kapitanı Məhəmməd Salah da penaltilər seriyasında fərqlənən futbolçulardan biri olub. Misir növbəti mərhələdə Argentina – Kabo-Verde cütünün qalibi ilə qarşılaşacaq.

Avstraliya üçün isə bu nəticə mundialla vidalaşmaq deməkdir. Komanda oyunda mübariz görüntü göstərsə də, penaltilər seriyasında buraxılan səhvlər həlledici olub.