Rumıniya futbolunun əfsanəvi simalarından olan Mirça Luçeskunun vəfat edib. Buxarest Universitet Təcili Yardım Xəstəxanasının yaydığı açıqlamaya görə, sabiq baş məşqçinin ölümü aprelin 7-də, yerli vaxtla təxminən 20:30-da rəsmən qeydə alınıb. Bu məlumat Rumıniya mediasında da xəstəxananın bəyanatına istinadla yayılıb.
Xəbəri “Digisport.ro” nəşrinə istinadən MSNews.az verir.
80 yaşlı Luçesku son günlər ciddi ürək problemləri yaşayırdı. “Reuters” aprelin 2-də onun Rumıniya millisinin baş məşqçi postundan ayrıldığını, bundan əvvəl isə məşq öncəsi iclas zamanı halının pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyini yazmışdı.
Sonrakı saatlarda isə durum ağırlaşıb. Gün ərzində Rumıniya mediasında Luçeskunun vəziyyətinin kritik olduğu, reanimasiyada saxlanıldığı və çoxsaylı tibbi fəsadların müşahidə edildiyi barədə məlumatlar yayılmışdı. Axşam saatlarında xəstəxananın rəsmi açıqlaması ilə ölüm xəbəri təsdiqlənib.
Mirça Luçesku həm futbolçu, həm də məşqçi kimi Rumıniya futbol tarixinin ən böyük adlarından biri sayılırdı. O, Rumıniyanı 1984-cü il Avropa çempionatına çıxaran ilk baş məşqçi olub, milli komandaya iki fərqli dövrdə rəhbərlik edib və karyerası ərzində İtaliya, Türkiyə, Ukrayna və Rusiyada da çalışıb.