İngiltərənin “Milluol” klubu ev arenası olan “The Den” stadionu üçün 999 illik icarə müqaviləsi imzalayıb.
Klubun açıqlamasına görə, razılaşma Lyuşem şurası ilə əldə olunub və bütün hüquqi prosedurlar artıq tamamlanıb. Bu addım “Milluol”un uzunmüddətli sabitliyini təmin etmək və gələcək inkişaf planlarını daha rahat həyata keçirmək məqsədi daşıyır.
1993-cü ildə istifadəyə verilən stadion Londonda yerləşir və klubun əsas oyunlarını keçirdiyi məkandır. 1885-ci ildə əsası qoyulan “Milluol” hazırda “EFL Championship”də mübarizə aparır.
Klub tarixinin ən böyük uğuru isə 2004-cü ildə İngiltərə Kubokunun finalına yüksəlməsi hesab olunur.
Bu uzunmüddətli icarə müqaviləsi İngiltərə futbolunda nadir addımlardan biri kimi qiymətləndirilir və klubun gələcək infrastruktura yatırımlarını artıracağı gözlənilir.