Milli Onkologiya Mərkəzində partlayış: ölən və yaralanan var

Bakıda Milli Onkologiya Mərkəzinin şüa-diaqnostika şöbəsində partlayış baş verib. İlkin məlumata görə, xəstə Mübariz Əliyev vəfat edib, həkim Asif Nəsirli ağır yaralanıb.

161

Bakıda Milli Onkologiya Mərkəzində partlayış baş verib. Yerli medianın məlumatına görə, hadisə aprelin 30-da mərkəzin şüa-diaqnostika şöbəsinin birinci mərtəbəsində qeydə alınıb. 

İlkin məlumata əsasən, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib. Həkim-radioloq Asif Nəsirli isə ağır bədən xəsarətləri alaraq təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Milli Onkologiya Mərkəzinin rəsmi saytında Asif Akif oğlu Nəsirlinin mərkəzdə radiasion onkoloq kimi çalışdığı qeyd olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır. Hələlik hadisənin texniki nasazlıq, tibbi avadanlıq və ya başqa səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.

Milli Onkologiya Mərkəzi Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən əsas ixtisaslaşmış onkoloji tibb müəssisələrindən biridir. Nazirliyin saytında mərkəzin ünvanı Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 79B kimi göstərilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.