Məsud Pezeşkian sərt bəyanat verdi

İran Prezidenti Məsud Pezeşkian Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində 160-a yaxın şagirdin həlak olması ilə bağlı sərt bəyanat verib və yaralılara təcili yardım göstərilməsini tapşırıb.

44

İran Prezidenti Məsud Pezeşkian ölkənin cənubunda yerləşən Minab şəhərində məktəbə endirilən zərbə ilə bağlı açıqlama yayıb. 

Pezeşkian bildirib ki, “bu vəhşi və insanlıqdan uzaq əməl xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək” və hadisəni İran torpağına qarşı törədilmiş cinayətlərin davamı kimi qiymətləndirib.

Prezident, eyni zamanda, regionda fəaliyyət göstərən xilasetmə və tibbi qurumlara müraciət edərək, yaralılara dərhal və fasiləsiz yardım göstərilməsini, zərərçəkmiş ailələrin isə hərtərəfli qayğı ilə əhatə olunmasını tapşırıb.

Qeyd edək ki, yayılan məlumatlara görə, Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində təxminən 160 şagird həyatını itirib. Hadisə ilə bağlı müstəqil mənbələrdən təsdiq hələlik açıqlanmayıb.