Merts: “Rusiya hərbi yolla qalib gələ bilməz”

Almaniya kansleri Fridrix Merts bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə hərbi yolla qalib gələ bilməz. Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatı zəifləyib və diplomatiya üçün pəncərə açıla bilər.

37

Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynaya qarşı müharibədə hərbi yolla qalib gələ bilməyəcəyini bildirib.

MSNews.az xəbər verir ki, Merts bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinə yola düşməzdən əvvəl açıqlama verib.

Almaniya hökumətinin rəsmi saytında yayımlanan bəyanata görə, kansler bildirib ki, müharibənin dinamikası son günlərdə Ukraynanın xeyrinə dəyişib. “Bundesregierung”in məlumatına əsasən, Merts Ukraynanın hazırda “yeni güc mövqeyində” olduğunu deyib.

“Rusiya hərbi yolla qalib gələ bilməz. Üstəlik, onun iqtisadiyyatı zəifləyib”, – deyə Almaniya kansleri vurğulayıb.

Merts əlavə edib ki, bu fikri “son dərəcə ehtiyatla” ifadə edir, lakin ilk dəfə olaraq diplomatiya üçün tədricən yeni imkan yarana bilər. Onun sözlərinə görə, bu proses Ukrayna, Rusiya, Avropa və ABŞ arasında mümkün sülh danışıqları istiqamətində yeni diplomatik təşəbbüsə çevrilə bilər.

Kansler qeyd edib ki, Almaniya, Fransa və Böyük Britaniya daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirələr aparıb və mümkün sülh danışıqları üçün beş əsas bənd formalaşdırıb. Bu təkliflərin G7 sammitində ABŞ Prezidenti Donald Trampla da müzakirə olunacağı bildirilib.

Reuters”in məlumatına görə, G7 liderləri sammitdə Rusiyaya qarşı əlavə sanksiyaları, o cümlədən neft ixracı, bank sektoru və hərbi istehsal sahələrinə təzyiqi müzakirə ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski isə G7 liderlərinin Rusiyanın müharibədə qalib gəlmədiyi və strateji təşəbbüsü itirdiyi barədə ümumi mövqeyə gəldiyini bildirib.

Merts hesab edir ki, diplomatik imkanın yaranması üçün Ukraynanın güclü mövqedə qalması vacibdir. O, Almaniya və Avropanın Kiyevə hərbi və siyasi dəstəyinin bu prosesdə mühüm rol oynadığını vurğulayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930