Rusiyalı qapıçı Matvey Safonov Çempionlar Liqasının finalı ərəfəsində sosial şəbəkələrdə gözlənilməz müzakirənin mərkəzinə düşüb. Rusiyanın məşhur porno aktrisası Meri Rok “PSJ”nin qapıçısına müraciət edərək finaldakı hər seyvə görə ona “qaynar gecə” vəd edib.
Məlumata görə, Meri Rok bu müraciəti “PSJ”nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”la oyunu ərəfəsində edib. O, Safonova uğurlar arzulayıb və futbolçunun finaldakı çıxışına eyhamla zarafat xarakterli təklif səsləndirib.
Qapıçının həyat yoldaşı Marina Kondratyuk isə bu müraciətə sosial şəbəkədə yumorla cavab verib. O bildirib ki, Meri Rok Səfonov üçün “qaynar gecə”nin krossvord həll etmək, “Nə? Harada? Nə zaman?” intellektual verilişinə baxmaq və səhər məşqə qalxmaq üçün saat 23:30-da yatmaq olduğunu bilmir.
Hadisə qısa müddətdə Rusiya idman mediasında geniş yayılıb və azarkeşlər arasında yumorlu müzakirələrə səbəb olub. Safonov hazırda “PSJ”nin heyətində çıxış edir və komandanın Çempionlar Liqası finalı öncəsi diqqət mərkəzində olan futbolçularından biridir.