Meksika Azərbaycana yeni hərbi attaşe təyin etdi

Meksika Hərbi Hava Qüvvələrinin polkovniki Marko Covanni Leyva Kontrerası Azərbaycana hərbi attaşe təyin edib. Səfirlik təyinatın iki ölkə arasındakı əməkdaşlığı gücləndirəcəyini bildirir.

198

Meksika Azərbaycana yeni hərbi attaşe təyin edib. Bu barədə məlumatı “Report”-a Meksikanın Bakıda yerləşən səfirliyi verib. Vəzifəyə Hərbi Hava Qüvvələrinin polkovniki və Baş Qərargah zabiti Marko Covanni Leyva Kontreras təyin olunub.

Diplomatik nümayəndəlik bildirib ki, Marko Covanni Leyva Kontrerasın iqamətgahı Ankarada olacaq. Səfirlik onun təyinatını Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin, o cümlədən hərbi-siyasi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirib.

Səfirlik deyib ki, yeni təyinat iki ölkə arasında dialoqun və əməkdaşlığın genişlənməsinə müsbət töhfə verəcək.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.