Məhəmməd Salahın “Trabzonspor”la anlaşdığı iddia olunur

Məhəmməd Salahın “Trabzonspor”la ikiillik müqavilə üzrə razılığa gəldiyi bildirilir. Transfer hələ klub tərəfindən rəsmən açıqlanmayıb.

62

Məhəmməd Salahın Türkiyənin “Trabzonspor” klubu ilə ikiillik müqavilə üzrə razılığa gəldiyi iddia olunur.

MSNews.az xəbər verir ki, türkiyəli jurnalist Yağız Sabuncuoğlu tərəflər arasında razılığın əldə edildiyini bildirib. Türkiyə mediasının məlumatına görə, müqavilənin rəsmiləşməsi üçün bəzi detalların tamamlanması gözlənilir. (FootballTransfers)

Bununla belə, “Trabzonspor” prezidenti Ərtoğrul Doğan yeni iddiadan əvvəl Salahla anlaşma olmadığını açıqlamışdı. “ESPN”“TNT Sports” klub rəhbərinin əvvəlki məlumatları təkzib etdiyini yazıb.