Mayk Hakabi: “İsrail olmasaydı, Amerika da mövcud olmazdı”

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Vaşinqton-Təl-Əviv münasibətlərinin yalnız hərbi və siyasi əməkdaşlığa deyil, ortaq yəhudi-xristian dəyərlərinə əsaslandığını bildirib.

92

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsraillə münasibətlərin Vaşinqton üçün yalnız hərbi, texnoloji və kəşfiyyat əməkdaşlığından ibarət olmadığını bildirib. Amerikalı diplomat ABŞ-ın formalaşmasında yəhudi-xristian dini və mədəni irsinin həlledici rol oynadığını müdafiə edərək, bu kontekstdə “İsrail olmasaydı, Amerika da mövcud olmazdı” fikrini səsləndirib.

MSNews.az xəbər verir ki, Hakabi ABŞ və İsrail arasındakı əlaqələrin əsasını ortaq dəyərlərlə izah edib. Onun sözlərinə görə, münasibətlər texnologiya, hərbi avadanlıq və kəşfiyyat sahələrində əməkdaşlıqdan daha geniş məna daşıyır.

Səfir bildirib ki, ABŞ-ın üzərində qurulduğu dəyərlərin kökündə yəhudi-xristian ənənəsi dayanır. Hakabi bunu bütövlükdə Qərb sivilizasiyasının əsaslarından biri kimi təqdim edib.

Hakabi daha əvvəl də oxşar mövqedən çıxış edib. İyun ayında İsrail-Amerika Şurasının tədbirində o, ABŞ-ın qurucularının yəhudi irsi və Tövratdakı prinsiplərdən təsirləndiyini bildirmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.