Mayamidə demokrat mer seçildi: Trampın dəstəklədiyi namizəd məğlub oldu

Florida ştatının Mayami şəhərində keçirilən mer seçkilərində demokrat Eylin Higgins Trampın dəstəklədiyi respublikaçı Emiliano Qonzalez üzərində qələbə qazanıb. Bu nəticə 28 ildən sonra ilk demokrat qalibiyyəti kimi tarixə düşüb.

Florida ştatının Mayami şəhərində keçirilən mer seçkilərində demokratlar 28 il sonra qalib gəlib. Demokrat Eylin Higgins Trampın dəstəklədiyi respublikaçı Emiliano Qonzalez üzərində 19% fərqlə (59-40) qələbə qazanıb.

Florida prezident seçkilərində ənənəvi olaraq respublikaçı namizədin üstünlük təşkil etdiyi bir ştatdır. Mayami isə ştatın ikinci böyük şəhəri olmaqla, siyasi baxımdan əhəmiyyətli bir regiondur. Ötən mer seçkilərində respublikaçılar düz 67% fərqlə qalib gəlmişdi. Lakin Trampın indiki qeyri-populyarlığı nəticəsində “qırmızı” ştatlarda demokratların səsləri xeyli artıb. Politoloqlar bunu 2026-cı il Konqres seçkilərində “mavi dalğa” ehtimalının artması kimi qiymətləndirirlər.

“The New York Times” yazır ki, Mayamidə 1997-ci ildən bəri ilk dəfə Demokrat Partiyasının nümayəndəsi – keçmiş dairə komissarı Eylin Higginsi şəhər meri seçilib. İkinci turda Eylin Higgins səslərin 59 faizini toplayaraq Trampın dəstəklədiyi Emilio Qonsalesi (41%) məğlub edib. Yeni mer Eylin Higgins vəzifədə Respublikaçı Frensis Suaresi əvəz edəcək.

Rəsmi olaraq Mayami seçkiləri partiyasız formatda keçirilsə də, Tramp Qonsalesi, Demokratlar isə Higginsi açıq şəkildə dəstəkləyib. Demokratlar hesab edirlər ki, bu seçki kampaniyası 2026-cı ilin aralıq seçkiləri üçün önəmli presedent yaradacaq.

Analitiklər həmçinin qeyd edirlər ki, Trampın hazırkı xarici siyasəti, xüsusilə Ukraynaya dair mövqeyi və Putinin Donbasdakı fəaliyyətləri ABŞ daxilində tənqid olunur. Bu vəziyyət Trampın populyarlığını daha da aşağı salan amillərdən biri kimi qiymətləndirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.