ABŞ-nin Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransına (MSC-2026) gedərkən jurnalistlərə verdiyi açıqlamada qlobal geopolitik nizamın kökündən dəyişdiyini və yeni bir dövrün başladığını bildirib. O, bu dəyişikliklər fonunda ölkələrin müttəfiqlik və təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməli olduqlarını vurğulayıb.
Rubio çıxışında “dünyada keçmişdəki nizam artıq yoxdur və qarşıda duran yeni şərait hamımızdan rollarımizı yenidən təhlil etməyi tələb edir” deyə qeyd edib. O, xüsusilə Avropanın öz müdafiəsini gücləndirməsi və daha müstəqil hərbi-strateji mövqelər formalaşdırması lazım olduğunu vurğulayıb.
ABŞ-Avropa əlaqələrinə dair son illərdə baş verən gərginliklər — o cümlədən Qrenlandiya məsələsi və keçən ilin transatlantik münasibətlərindəki çətinliklər — bu çıxışın kontekstini təşkil edir. Rubio bu vəziyyəti “müttəfiqlik münasibətlərinin daha real və çevik şəkildə yenidən təyin edilməsinin zəruri olduğu bir mərhələ” kimi qiymətləndirib.
Jurnalistlərə verdiyi açıqlamada Rubio əlavə edib ki, yeni geopolitik dövrdə qanunlar və müttəfiqlik strukturları dəyişir, buna görə də dövlətlərin strategiyalarını “yeni realiyata uyğunlaşdırması” vacibdir.