Maks Douman APL-in ən gənc çempionu oldu

“Arsenal”ın 16 yaşlı futbolçusu Maks Douman İngiltərə Premyer Liqası tarixində çempionluq qazanan ən gənc oyunçu olub.

“Arsenal”ın 16 yaşlı futbolçusu Maks Douman İngiltərə Premyer Liqası tarixində çempionluq qazanan ən gənc oyunçu olub. Premyer Liqanın rəsmi saytının məlumatına görə, Douman 16 yaşında bu rekorda imza atıb və əvvəlki rekordçu “Mançester Siti”nin futbolçusu Fil Fodeni geridə qoyub. 

Douman mövsümün son günündə 16 yaş 144 günlük olacaq. Premyer Liqa qeyd edir ki, o, çempion komandada medal almaq üçün tələb olunan minimum 5 oyun həddini keçdiyinə görə “Arsenal”ın çempionluq medalını əldə edəcək.

Bundan əvvəl rekord Fil Fodenə məxsus idi. Foden 2017/18 mövsümündə “Mançester Siti” ilə Premyer Liqa çempionu olarkən 17 yaş 350 günlük idi. Douman isə bu göstəricini ciddi fərqlə yeniləyib.

Maks Douman bu mövsüm artıq bir başqa tarixi nəticə ilə də gündəmə gəlmişdi. O, 16 yaş 73 günlük olarkən “Everton”a qarşı oyunda fərqlənərək Premyer Liqa tarixinin ən gənc qol müəllifi olmuşdu.

“Arsenal” mayın 19-da “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçəsindən sonra 22 ildən sonra ilk dəfə İngiltərə çempionluğunu rəsmiləşdirib. Reuters-in məlumatına görə, Mikel Artetanın komandası mövsümün son turu öncəsi ikinci yerdəki “Mançester Siti”ni 4 xal qabaqlayıb və əlçatmaz olub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.