Londonda Valid Saadaoui və Amar Hussein, yəhudi icmasına qarşı terror planına görə həbs edildi. Preston Crown Court məhkəməsi hər iki şəxsi günahkar hesab etdi. Prokurorlar bildiriblər ki, plan Sidneyin “Bondi Beach”-dəki kütləvi atışmasından daha ölümcül ola bilərdi.
Saadaoui 37 il, Hussein isə 26 il minimum həbs cəzasına məhkum edildi. Məhkəmədə, Saadaouinin Dover limanı vasitəsilə ölkəyə iki avtomat tüfəng, avtomatik tapança və 200-dən çox mərmi gətirməyi planladığı, əlavə silah və mərmi toplamağı düşündüyü bildirildi.
Planın qarşısı, Saadaouinin silahları əldə etməyə çalışdığı şəxsin gizli əməliyyatçı olması ilə alındı. Saadaouinin qardaşı Bilel Saadaoui isə terror aktları barədə məlumat vermədiyi üçün 6 il həbs cəzası aldı. Məhkəmə hakimləri planın Britaniya torpağında həyata keçiriləcək ən ölümcül terror aktlarından biri olacağını vurğulayıb.