Llorente günəş kremi paylaşımı ilə tənqid olundu

Markos Llorente günəşdən qoruyucu vasitələrə qarşı yeni paylaşımı ilə yenidən mübahisə yaradıb. Həkimlər isə bu yanaşmanın təhlükəli olduğunu vurğulayırlar. 

30

“Atletiko”nun futbolçusu Markos Llorente günəşdən qoruyucu vasitələrə qarşı mövqeyini bu dəfə daha qalmaqallı formada nümayiş etdirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə o, üzərində “biologiyanıza tam qoruma” və “1985-dən bəri D vitaminini bloklayır” kimi yazılar olan günəş spreyi kostyumunda görünür. Bu paylaşım “DAZN Futbol” səhifəsində də yer alıb.

Llorentenin günəş kremi əleyhinə çıxışları yeni deyil. İspaniya mediası yazır ki, o, daha əvvəl də günəş kremindən istifadə etmədiyini, bunu “təbii həyat tərzi” ilə əsaslandırdığını demişdi və bu açıqlamalar həkimlərin sərt tənqidi ilə qarşılanmışdı.

Bu mövqe tibbi baxımdan ciddi etiraz doğurur. “RTVE”-nin fakt-yoxlama materialında vurğulanır ki, günəşdən qorunmadan uzun müddət şüalanmaya məruz qalmaq dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır. Mənbədə qeyd olunur ki, “D” vitamini arqumenti qoruyucu vasitələrdən tam imtina üçün əsas sayılmır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930