Livanda atanın dəfni zamanı İsrail zərbəsi nəticəsində azyaşlı qız öldü

Livanın cənubundakı Srifa kəndində ata dəfni zamanı ailə evinə endirilən İsrail zərbəsi nəticəsində azyaşlı qız da daxil olmaqla bir neçə ailə üzvü həlak olub. İsrail ordusu hadisəni araşdırdığını bildirib.

10

Livanın cənubundakı Srifa kəndində Səid ailəsinin evinə endirilən İsrail zərbəsi nəticəsində azyaşlı qız Taleen Səid və daha bir neçə qohumu həlak olub. Hadisə ailənin atanın dəfni üçün bir araya gəldiyi vaxt baş verib. Yeddi yaşlı bacısı Aline Səid isə ağır yaralansa da, sağ qalıb.

Məlumatı “Reuters”-ə istinadən MSNews.az verir.

Agentliyin yazdığına görə, hücum çərşənbə günü, ABŞ-İran atəşkəsinin ilk günündə baş verib. Livanda bir çox ailə bölgədə gərginliyin azalacağını düşündüyü üçün öz kəndlərinə qayıtmışdı. Lakin həmin gün ölkə üzrə davam edən İsrail zərbələri nəticəsində yüzlərlə insan həlak olub və yalnız bu ailə daha dörd yaxınını dəfn etməli olub.

Nəşr bildirir ki, Livandakı son müharibə martın 2-də “Hizbullah”ın İranı dəstəkləmək məqsədilə İsrail mövqelərinə atəş açmasından sonra başlayıb. O vaxtdan bəri İsrailin hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub; ölənlər arasında azı 165 uşaq və təxminən 250 qadın var. Srifa insidenti ilə bağlı İsrail ordusu xəbəri araşdırdığını açıqlayıb.

Hadisə Livanda dinc əhalinin təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırıb. “Reuters”-in məlumatına görə, Tir  bölgəsindəki xəstəxanalar son günlər çox ağır bombardman dalğası ilə üzləşib və gələn yaralıların əhəmiyyətli hissəsini uşaqlar təşkil edir. Papa Leo da bazar günü Livan xalqına yaxınlığını ifadə edib və mülki əhalinin qorunmasını “mənəvi öhdəlik” adlandıraraq atəşkəs çağırışı edib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930