İngiltərənin Linkoln yepiskopu cinsi hücum iddiaları ilə həbs olundu

İngiltərə Kilsəsinin Linkoln yepiskopu Stefan Konvey, bir şəxsə qarşı cinsi hücum iddiaları üzrə aparılan istintaq çərçivəsində həbs olunub və vəzifəsindən uzaqlaşdırılıb.

227

İngiltərənin Linkoln yepiskopu Stefan Konvey, bir şəxsə qarşı cinsi hücum iddiası üzrə aparılan istintaq çərçivəsində həbs olunub. Linkolnşir Polisi açıqlamasında, 68 yaşlı Konveyin 2018-2025-ci illərdə baş verdiyi iddia olunan cinsi təcavüz hadisəsi ilə əlaqədar saxlandığını bildirib.

İngiltərə Kilsəsinin Britaniyanın şərqindəki din və kilsə işlərinə məsul Konveyin, şikayət əsasında vəzifəsindən uzaqlaşdırıldığı, zərərçəkənlərə bütün dəstəyin göstərildiyi qeyd olunub. Həbssiz olaraq sərbəst buraxılan Konveyin yerinə Qranthem yepiskopu Nikolas Çemberlen müvəqqəti vəkil təyin edilib. Konvey 2023-cü ildə Linkoln yepiskopluğunaa təyin edilmişdi.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.