“Everest kraliçası”: Lhakpa Şerpa

38

Lhakpa Şerpa 1973-cü ildə Nepalın Makalu bölgəsində anadan olub. Ailədə 11 uşaq arasında böyüyüb. Adı, həftənin çərşənbə günü (Lhakpa) anadan olmasına görə qoyulub.

O, 2000-2018-ci illər arasında fasilələrlə 9 dəfə Everestin zirvəsinə çıxaraq bu sahədə tarixi bir rekord qazanıb. Lhakpa Şerpa həm Everestin zirvəsinə çıxmış ilk qadın, həm də 9 dəfə çıxışla bu uğuru əldə etmiş ilk qadın olaraq tarixə düşüb.

Lhakpa Şerpa 12 ildir Rumıniya əsilli Georq Dikmaresku ilə evlidir və onların 3 övladı var. Həyatını övladlarına baxmaq və ABŞ-da “7 Eleven” mağazasında işləməklə davam etdirir.