Levandovski “Chicago Fire”a keçməyə hazırlaşır

Fabrizio Romano Robert Levandovskinin MLS təmsilçisi “Chicago Fire”a keçməyə yaxın olduğunu bildirib. Polşalı hücumçunun yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.

27

Polşalı ulduz hücumçu Robert Levandovski MLS təmsilçisi “Chicago Fire”a keçməyə hazırlaşır.

MSNews.az xəbər verir ki, bu barədə tanınmış transfer insayderi Fabrizio Romano məlumat yayıb. Onun məlumatına görə, tərəflər arasında razılaşma əldə olunub və futbolçunun yaxın günlərdə müqavilə imzalaması gözlənilir.

“Transfermarkt” də Romanoya istinadən yazır ki, “Chicago Fire” Levandovskiyə MLS-də “Designated Player” statusunda müqavilə təklif edib. Məlumata əsasən, polşalı hücumçu və onun agenti Pini Zahavi bir müddət əvvəl Çikaqoya səfər edərək klub rəhbərliyi ilə danışıqlar aparıblar.

“Chicago Fire”ın baş məşqçisi Qreq Berhalter polşalı jurnalist Mateuş Skveravskiyə müsahibəsində Levandovski ilə görüş faktını təsdiqləyib. O bildirib ki, klub hücumçuya layihənin detallarını təqdim edib və onun komandanın çempionluq uğrunda mübarizəsinə necə kömək edə biləcəyini izah edib.

Bununla belə, keçid hələlik “Chicago Fire”, MLS və ya futbolçunun özü tərəfindən rəsmi şəkildə elan olunmayıb. Buna görə transferin yekunlaşması üçün müqavilənin imzalanması və klubun rəsmi açıqlaması gözlənilir.

MLS-in rəsmi saytında daha əvvəl də Levandovskinin ABŞ liqası üçün potensial ulduz transferlərdən biri olduğu qeyd edilmişdi. “MLSsoccer.com” yazırdı ki, “Chicago Fire” şəhərin böyük polyak icması və klubun layihəsi baxımından hücumçu üçün məntiqli variantlardan biri hesab olunur.

Levandovskinin ABŞ-a keçidi rəsmiləşərsə, bu, MLS üçün son illərin ən səs-küylü transferlərindən biri olacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930