Latviya prezidenti: “NATO qərar versə, ölkədə nüvə silahı yerləşdirilə bilər”

Latviya Prezidenti Edqars Rinkeviçs NATO-nun kollektiv qərarı və zərurət yaranacağı halda ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinin mümkün olduğunu bildirib.

72

Latviya Prezidenti Edqars Rinkeviçs zərurət yaranacağı və NATO bununla bağlı kollektiv qərar qəbul edəcəyi təqdirdə ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinin mümkün olduğunu açıqlayıb. Prezident Latviyanın mövcud qanunvericiliyində belə bir addıma hüquqi maneənin olmadığını da bildirib.

MSNews.az xəbər verir ki, Rinkeviçs bu barədə sentyabrın 30-da jurnalistlərə açıqlamasında danışıb.

Prezident bildirib ki, Latviya Konstitusiyasında nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsini qadağan edən müddəa yoxdur.

“Əgər zərurət yaranarsa və NATO belə bir kollektiv qərar qəbul edərsə, nüvə silahları Latviyada yerləşdiriləcək”.

Rinkeviçsin sözlərinə görə, Latviya hələ 2003-cü ildə NATO-ya üzvlüyə hazırlaşarkən Alyansın kollektiv təhlükəsizlik mexanizmlərinin, o cümlədən nüvə çəkindirmə sisteminin tam tətbiqinə məhdudiyyət qoymayacağını təsdiqləyib.

Bununla belə, Latviya lideri vurğulayıb ki, hazırda ölkədə nüvə silahlarının yerləşdirilməsi ilə bağlı konkret danışıqlar aparılmır.

Rinkeviçs həmçinin Latviyanın artıq ABŞ və Böyük Britaniyanın nüvə imkanlarının da daxil olduğu NATO-nun nüvə çəkindirmə sistemi ilə qorunduğunu qeyd edib. Onun fikrincə, nüvə silahları son vasitə olsa da, çəkindirmə funksiyası potensial rəqibin genişmiqyaslı hərbi addımlarının qarşısının alınmasına xidmət edir.

NATO-nun rəsmi mövqeyinə görə, nüvə imkanları Alyansın ümumi çəkindirmə və müdafiə strategiyasının əsas komponentlərindən biri olaraq qalır. Nüvə siyasəti ilə bağlı məsləhətləşmə və qərarların əsas platforması NATO-nun Nüvə Planlaşdırma Qrupudur.

Rinkeviçsin açıqlaması Baltik regionunda nüvə təhlükəsizliyi ilə bağlı müzakirələrin intensivləşdiyi vaxta təsadüf edir. Sentyabrın 30-da Rusiya NATO-nun Kalininqradı təcrid etməyə yönəlmiş mümkün addımlarına qarşı nüvə silahından istifadə edə biləcəyi barədə xəbərdarlıq edib. NATO Baş katibi Mark Rutte isə Rusiyanın nüvə təhdidlərini dayandırmalı olduğunu bildirib və Alyansın müdafiə xarakterli olduğunu vurğulayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.