Latviya Prezidenti İlham Əliyevə zəng edib, İranın PUA hücumunu pisləyib

Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevə zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana hücumunu pisləyib və Azərbaycan xalqı ilə həmrəylik ifadə edib.

39

Martın 5-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb və hücum nəticəsində yaralanan şəxslərə tezliklə şəfa diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və dəstəyə görə Latviyanın dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, qarşıdakı təmaslar və əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıblar.