Sərfəli kredit axtarışında olan müştərilər üçün Birbank Yeni il ərəfəsində xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində digər banklarda kredit öhdəliyi olan və bu kreditlərini Birbank-a köçürən müştərilər mövcud kredit faizinə 3 faiz endirimi əldə edirlər.
Bankdan verilən məlumata görə, artıq minlərlə müştəri bu fürsətdən yararlanaraq kredit şərtlərini daha sərfəli hala gətirib. Kampaniya Yeni ili maliyyə baxımından daha rahat qarşılamaq, aylıq ödənişlərin həcmini azaltmaq və kreditləri bir mərkəzdən, vaxt itirmədən idarə etmək imkanı yaradır.
Yanvarın 15-dək davam edəcək kampaniya 13 ay və daha uzun müddətə rəsmiləşdirilən kreditlərə şamil olunur. Kampaniya çərçivəsində Kapital Bankdan və ya digər banklardan əməkhaqqı və ya təqaüd alan müştərilər maksimum 50 min manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edə bilirlər.
Birbank nümayəndələri bildiriblər ki, bu imkan müştərilərə daha əlverişli kredit şərtləri ilə yanaşı, maliyyə planlamasını sadələşdirmək və Yeni ili büdcə gərginliyi olmadan qarşılamaq üçün əlavə üstünlüklər yaradır. Kampaniyadan yararlanmaq istəyənlər onlara ən yaxın Kapital Bank və ya Birbank filialına müraciət edə bilərlər.
Qeyd edək ki, Kapital Bank-ın əmtəə nişanı olan Birbank hazırda 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət ölkənin ən geniş bank şəbəkələrindən biri ilə müştərilərə xidmət göstərir. Bank PAŞA Holding-ə daxildir və müştərilər bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı birbank.az saytı, 196 Əlaqə Mərkəzi və bankın rəsmi sosial şəbəkə səhifələri vasitəsilə əldə edə bilərlər.