Klintonlar ifadələrini ictimai dinləmədə vermək istəyirlər

Keçmiş ABeŞ Prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteyn əlaqələrinə dair ifadələrini Kongresdə gizli deyil, ictimai iclasda vermək istədiklərini açıqlayıblar.

38

Keçmiş ABŞ Prezidenti və keçmiş dövlət katibi Epşteyin məsələsi ilə bağlı ifadələrini açıq iclasda vermək istədiklərini bildiriblər.

Məlumata görə Bill Klinton və həyat yoldaşı Hillari Klinton Ceffri Epşteyn ilə əlaqələrinə dair Konqresdə ifadə verərkən bu prosesin gizli yox, əksinə ümumi, ictimaiyyət üçün açıq dinləmədə keçirilməsini tələb ediblər. Onlar belə bir addımın məsələnin siyasətləşdirilməsinin qarşısını alacağına inandıqlarını bildiriblər.

Demokrat cütlüyə, ABŞ Nümayəndələr Palatası Nəzarət Komitəsi tərəfindən əvvəlcə qapalı qapılar arxasında ifadə dəvəti gəlmişdi. Lakin Klintonlar bu prosedurun ədalətli və şəffaf olması üçün prosesin hər kəsin izləyə biləcəyi ictimai dinləmədə keçirilməli olduğunu vurğulayıblar.

Bill Klinton bəyan edib ki, qapalı iclasda ifadə vermək “qərəzli məhkəmə yeri kimi” təsir bağışlaya bilər və buna görə də ictimai açıqlama istəyirlər. Hillari Klinton isə Komitəyə artıq bildiklərini çatdırdıqlarını söyləyərək, “Əgər mübahisə istəyirsinizsə, gəlin bunu hamının gözü önündə edək” deyib.

Bu arada komitə əgər cütlük ifadə verməzsə, onları Konqresə itaətsizlik ittihamı ilə üzləşdirə biləcəklərini də bildirib. Klintonlar isə sonunda ifadə verməyi qəbul ediblər.

Epşteyn mövzusu ilə bağlı son açıqlanan milyonlarla sənəd arasında Bill Klintonun adı tez-tez keçir; lakin nə Bill, nə də Hillari Klintonun bu cinayətlərlə birbaşa əlaqəsini göstərən sübut tapılmayıb. Bill Klinton Epşteyn ilə xeyriyyəçilik işləri üçün onun təyyarəsində səyahət etdiyini, lakin heç vaxt onun özəl adasını ziyarət etmədiyini qeyd edib. Hillari Klinton isə Epşteyn ilə əlaqəsi olmadığını və onun təyyarəsinə minmədiyini, həmçinin adasını ziyarət etmədiyini təkrar bildirib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.