Fiziki görünüşləri sosial mediada qısa zamanda gündəmə çevrilən və “Kərtənkələ ailəsi” kimi tanınan Manurunq ailəsi bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla izləyicinin diqqətini cəlb edib.
İndoneziyada, Şimali Sumatrada yaşayan ailə bəzən “sürünən üzlü” və ya “kərtənkələ üzlü” kimi ləqəblərlə xatırlansa da, samimi və açıq paylaşımları ilə bu stereotipləri alt-üst edib. Sosial mediada gündəmə gələn bu fenomen ailə, gündəlik həyatlarını olduğu kimi göstərərək təkcə maraq doğurmur, həm də nadir genetik xəstəliklərə diqqət çəkir.
Manurunq ailəsinin altı uşağından dördü nadir bir genetik vəziyyətlə — üz strukturunu təsir edən və “Treacher Collins sindromu” kimi qiymətləndirilən bir xəstəliklə yaşayır. Bu genetik xüsusiyyətin nəsillər boyunca keçdiyi düşünülür və bəzi insanların batil inanışlarla bu vəziyyəti izah etməyə çalışmasına baxmayaraq, ekspertlər bunun elmi bir əsasının olduğunu bildirirlər.
Ailə üzvləri fiziki fərqliliklərinin gündəlik həyatlarını ciddi şəkildə məhdudlaşdırmadığını vurğulayır. Ailənın böyüyü uşaqlığında bu vəziyyəti ağır qəbul etdiyini, lakin zamanla qəbullandığını ifadə edib.
Sosial media onların həyatını dəyişib: əvvəlcə iş tapmaqda çətinlik çəkən ailə, paylaşımlarının milyonlarla baxış alması ilə həm iqtisadi gəlir əldə etməyə başlayıb, həm də oxşar vəziyyətdə olan insanlara ümid mənbəyi olub. Ailə mesajında “Bizim kimi insanlar varsa, özlərini pis hiss etməsinlər, həyatdan ümidi kəsməsinlər, heç bir günah və ya “qədər” səbəbi ilə belə olduqlarını düşünməsinlər” deyə insanlara müraciət edir.